525.Az

Gömrük Komitəsinin Akademiyasında hazırlıq kursları başladı


 

Gömrük Komitəsinin Akademiyasında hazırlıq kursları başladı <b style="color:red"></b>

Dövlət Gömrük Komitəsinin Akademiyasında (DGKA) gömrük orqanlarında xidmətə yeni qəbul olunan əməkdaşlar üçün ilkin hazırlıq kursları başlayıb.

Akademiyanın mətbuat xidmətindən bildirilib ki, kurslarda dinləyicilərə gömrük işi, o cümlədən, gömrük orqanlarının hüquq mühafizə fəaliyyəti, hərbi və sıra hazırlığı istiqamətlərində müvafiq mövzular üzrə nəzəri və təcrübi biliklər verilir. Dinləyicilərin ərazi gömrük orqanlarında təcrübə keçməsi də nəzərdə tutulub.

Tədris prosesinin əsas məqsədi dinləyicilərə xidməti fəaliyyətləri üçün zəruri olan bilik və peşə vərdişlərinin aşılanmasından ibarətdir.

Dərslərə Dövlət Gömrük Komitəsinin təcrübəli və peşəkar əməkdaşları, o cümlədən, Dövlət Gömrük Komitəsinin Akademiyasının yüksək bilik və peşə bacarığına malik olan professor-müəllim heyəti cəlb edilib.

S.QARAYEVA

 





05.12.2018    çap et  çap et