525.Az

İstilər davam edəcək


 

İstilər davam edəcək<b style="color:red"></b> Sabah Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu, yağmursuz olacaq.
 
Bunu Lent.az-a açıqlamasında Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova bildirib. O qeyd edib ki, şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək.

Avqustun 29-də Azərbaycanın əksər rayonlarında hava əsasən yağmursuz olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 21-26, gündüz 33-38, dağlarda 11-16 gecə, gündüz 22-27 dərəcə isti olacağı gözlənilir.

Yaxın iki-üç gün ərzində bu cür hava şəraiti davam edəcək.
 





28.08.2013    çap et  çap et