525.Az

"Özəl sektora aid vergi ödəyicilərinin gəlir vergisinə əhəmiyyətli güzəşt ediləcək"


 

"Özəl sektora aid vergi ödəyicilərinin gəlir vergisinə əhəmiyyətli güzəşt ediləcək"<b style="color:red"></b>

"Gələn ildən özəl sektora aid vergi ödəyicilərinin gəlir vergisinə əhəmiyyətli güzəşt ediləcək. Dəyişikliyə əsasən, bu sektorlarda işləyənlərin muzdlu işdən aylıq gəlirləri (8000 manatdan çox olmamaq şərti ilə) 7 il müddətində 0 dərəcə ilə vergiyə cəlb ediləcək. Yəni şəxs 8000 manatdan çox maaş almırsa, gəlir vergisi verməyəcək. Göründüyü kimi, məqsəd özəl sektoru dəstəkləməkdir".

Bu sözləri iqtisadçı ekspert Samir Əliyev deyib.

O bildirib ki, tədbirin strateji hədəfi isə kölgə iqtisadiyyatının azaldılması, daha da konkretləşdirsək, gizli əmək haqlarının rəsmləşdirilməsinə nail olmaqdır:

"Bu gün bir sıra özəl sektor sahələri var ki, onların əmək haqqı sistemi kifayət qədər şəffafdır və bu güzəşt həmin sektorda artıma səbəb olmayacaq".

S.Əliyev qeyd edib ki, yeni dəyişiklik özəl sektorun təmsilçiləri olan banklarda çalışanların maaş gəlirlərinin artmasına gətirəcək, bu isə dövlət sektorunu təmsil edən bankların kadr bazasına mənfi təsir göstərəcək.

"Çünki kadrların dövlət banklarından özəl banklara axınına, bununla da dövlət banklarında xidmət keyfiyyətinin azalmasına səbəb olacaq. Bu baxımdan, fikrimcə, məqsəd maaş sistemini şəffaflaşdırmaqdırsa, bu güzəşt mexanizmi tətbiq ediləndə maliyyə sektoru, o cümlədən, sığorta sistemi istisna edilməliydi".

Ceyhun ABASOV

 





06.12.2018    çap et  çap et