525.Az

Parisdən sonra Afina da qarışdı


 

Parisdən sonra Afina da qarışdı<b style="color:red"></b>

Yunanıstanın paytaxtı Afinada bir qrup etirazçı polisə daş və “Molotov kokteyli” atıb.

Trend-in məlumatına görə, etiraz aksiyası 15 yaşlı gəncin polis tərəfindən qətlə yetirilməsinin ildönümü ilə bağlı keçirilib.

Qeyd olunur ki, Afina Universitetindən parlament binasınadək təşkil olunan yürüşdə 400-ə yaxın şəxs qatılıb.

Aksiya zamanı anarxistlər polisə “Molotov kokteyli” atmağa başlayıb. Bir neçə yürüş iştirakçısı saxlanılıb.

Ümumilikdə Afinanın mərkəzi hissəsini 5 mindən çox polis əməkdaşı qoruyur.

Bu gün axşam saatlarında növbəti yürüşün təşkil olunacağı bildirilir. Aksiyalar Yunanıstanın digər şəhərlərində də planlaşdırılır.

Qeyd edək ki, Aleksis Qriqoropulis 2008-ci il dekabrın 6-da polis tərəfindən odlu silahla öldürülmüşdü. Hər il dekabrın 6-ı Afinada və digər şəhərlərdə polislə toqquşmalar qeydə alınır.

 





06.12.2018    çap et  çap et