525.Az

Bakıda ana və 2 yaşlı körpəsi 4-cü mərtəbədən yıxıldı


 

Bakıda ana və 2 yaşlı körpəsi 4-cü mərtəbədən yıxıldı<b style="color:red"></b> Bakı şəhərinin Qaradağ rayonu ərazisində 32 yaşlı qadın azyaşlı övladı ilə çoxmərtəbəli binadan yıxılıb. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Müşfiqabad qəsəbəsi bina 5, mənzil 27 ünvanında 1981-ci il təvəllüdlü Əliyeva Aynur Məzahir qızı 2 yaşlı qızı Əliyeva Zamulə Elçin qızı ilə birlikdə eyvandan yıxılıb. 4-cü mərtəbədən yerə düşən ana və körpəsi ağır xəsarətlər alıb. Hər iki yaralı Kliniki Tibbi Mərkəzə yerləşdirilib, vəziyyətləri ağırdır.
 
Hadisə ilə bağlı araşdırmalar aparılır.
 





29.08.2013    çap et  çap et