525.Az

Güclü yağış Qubada 100-dən çox yaşayış evinə ziyan vurub


 

Güclü yağış Qubada 100-dən çox yaşayış evinə ziyan vurub<b style="color:red"></b>

Avqustun 28-də axşam saatlarından başlayaraq respublikanın şimal bölgəsində hava şəraiti kəskin dəyişib.

APA-nın şimal bürosunun məlumatına görə, Quba rayonu ərazisinə güclü yağış yağıb.
 
Nəticədə şəhərin bir neçə küçəsində və bəzi yaşayış məntəqələrində sel suları evlərə dolub.
 
Quba şəhərində, Alekseyevka kəndində və Qırmızı qəsəbədə 100-dən çox evə ziyan dəyib.
 
Quba rayon Fövqəladə Hallar Komissiyasının sədri Yusif Abidov dəyən ziyanın miqdarının müəyyənləşdirildiyini, əhaliyə dəyən zərərin aradan qaldırılması istiqamətində lazımi addımlar atıldığını bildirib.

 





29.08.2013    çap et  çap et