Ermənistan Türkiyə ilə diplomatik əlaqələr qurmağa hazırdır, amma Dağlıq Qarabağ barədə ilkin şərt olmadan.
Trend-in məlumatına görə, bu sözləri Ermənistan baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan deyib.
"Ümid edirik ki, Türkiyə də eyni mövqeni tutacaq", - Paşinyan bildirib.
"Ancaq Türkiyə ilə əlaqələr Dağlıq Qarabağla bağlıdır, üçüncü ölkə ilə. Azərbaycanı nəzərdə tuturam", - o qeyd edib.