525.Az

"Azərbaycan-Gürcüstan sərhədlərinin delimitasiyası ilə bağlı komissiyanın fəaliyyəti davam edir"


 

"Azərbaycan-Gürcüstan sərhədlərinin delimitasiyası ilə bağlı komissiyanın fəaliyyəti davam edir"<b style="color:red"></b>

Azərbaycan və Gürcüstan arasında sərhədlərin delimitasiyası ilə bağlı komissiyanın fəaliyyəti davam edir.

Trend-in məlumatına görə, bunu xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.

Nazir müavini qeyd edib ki, müəyyən müddət komissiyaların iclaslarının keçirilməsində fasilə yaranmışdı:

"Bu da ondan irəli gəlir ki, Gürcüstan tərəfində həmkarım tez-tez dəyişirdi. Artıq yeni nazir müavini təyin olunub, bu məsələ də ona həvalə olunub. Düşünürəm ki, növbəti ildən başlayaraq, biz işçi qruplar səviyyəsində məsləhətləşmələr, sonra işçi qruplarının görüşü, daha sonra isə 2019-cu ilin ilk rübündə komissiyasının növbəti iclasının keçirilməsinə nail ola bilərik. Düşünürəm ki, məsələnin dinamikasını artırmalıyıq. Bu, hər iki dövlət üçün vacib məsələdir, çünki delimitasiya tezliklə başa çatmalıdır".

X.Xələfov vurğulayıb ki, komissiyalar 1996-cı ildən fəaliyyət göstərirlər:

"Bu dövr ərzində sərhəd xəttinin 2/3-si, demək olar, komissiyalar səviyyəsində protokollaşdırılıb, 1/3 hissəsi ilə bağlı işlər isə davam etdirilməlidir".

 





12.12.2018    çap et  çap et