525.Az

Tereza Mey Böyük Britaniyanın baş naziri postunu qoruyub saxlayıb


 

Tereza Mey Böyük Britaniyanın baş naziri postunu qoruyub saxlayıb<b style="color:red"></b>

Böyük Britaniyanın hakim Mühafizəkarlar Partiyasının lideri baş nazir Tereza Mey mühafizəkar deputatların dəstəyini alıb və vəzifələrini qoruyub saxlayıb.

Trend-in məlumatına görə, keçirilən etimad səsverməsində Meyi 200 deputat dəstəkləyib, onun əleyhinə isə 117 nəfər səs verib.

Qeyd edək ki, Mühafizəkarlar Partiyasının nizamnaməsində əks olunan qaydalara görə yeni etimad səsverməsi ən azı 1 il ərzində keçirilə bilməz.

 





13.12.2018    çap et  çap et