525.Az

MSK Cəmil Həsənlinin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiq edib


 

MSK Cəmil Həsənlinin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiq edib<b style="color:red"></b>

Mərkəzi Seçki Komissiyası (MSK) Milli Şuranın əlavə vahid namizədi Cəmil Həsənlinin namizədliyinin irəli sürülməsini təsdiqləyib.

APA-nın məlumatına görə, bununla bağlı MSK-nın bu gün keçirilən yığıncağında qərar verilib.
 
MSK katibi Arifə Muxtarova bildirib ki, prezidentliyə namizədliyi “Demokratik Qüvvələrin Milli Şurası” Təşəbbüs Qrupu tərəfindən irəli sürülən Cəmil Poladxan oğlu Həsənlinin prezidentliyə namizədliyinin təsdiq olunması üçün müraciət edilib. C. Həsənlinin namizədliyinin təsdiq olunması ilə bağlı MSK-ya daxil olan sənədləri araşdırılıb və hüquqi əsasların olduğu müəyyən edilib.
 
Sonra MSK açıq səsvermə yolu ilə C. Həsənlinin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiqləyib.
 

 





29.08.2013    çap et  çap et