525.Az

Dövlət Məşğulluq Xidməti 52 rayon və şəhərdə sahibkarlarla görüşlər keçirib


 

Dövlət Məşğulluq Xidməti 52 rayon və şəhərdə sahibkarlarla görüşlər keçirib<b style="color:red"></b>

Bu il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti işəgötürənlərin məlumatlandırılması məqsədi ilə 52 rayon və şəhərdə dəyirmi masalar keçirib.

Nazirlikdən verilən məlumata görə, tədbirlər "Məşğulluq haqqında" qanunun qüvvəyə minməsi ilə əlaqədar, həmçinin, "Sosial tərəfdaşlığın məşğulluğun təminatında rolu" və "Qeyri-rəsmi məşğulluğun qarşısını alınması" mövzularında işəgötürənlərin məlumatlandırılması məqsədi daşıyıb.

Şəhər (rayon) İcra Hakimiyyətlərinin, Həmkarlar İttifaqı Təşkilatlarının nümayəndələrinin də iştirak etdiyi dəyirmi masalarda məşğulluq haqqında qanunvericilikdə əksini tapan yeniliklər qeyd olunub. İşsiz və işaxtaran vətəndaşların məşğulluğunun təminatı, aktiv əmək bazarı proqramlarının genişləndirilməsi sahəsində atılan addımlar haqqında işəgötürənlərə ətraflı məlumat verilib.

C.ABASOV

 





13.12.2018    çap et  çap et