525.Az

Elmar Məmmədyarov ATƏT-in Seçki Müşahidə Missiyasının rəhbərini qəbul etdi


 

Elmar Məmmədyarov ATƏT-in Seçki Müşahidə Missiyasının rəhbərini qəbul etdi<b style="color:red"></b> Xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Seçki Müşahidə Missiyasının rəhbəri Tana de Zuluetonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən 525.az-a verilən məlumata görə, görüşdə oktyabr ayında Azərbaycanda keçiriləcək prezident seçkiləri öncəsi durum və seçkiləri müşahidə etmək üçün beynəlxalq və yerli müşahidəçilər üçün yaradılmış şərait müzakirə edilib.

Elmar Məmmədyarov ATƏT-in Seçki Müşahidə Missiyasının fəaliyyəti üçün Azərbaycan hökuməti tərəfindən lazımı şəraitin yaradıldığını və ölkəsinin əməkdaşlığa hazır olduğunu bildirib. Tana de Zulueto Azərbaycanda keçiriləcək prezident seçkilərinin monitorinq proqramı və müşahidə missiyasının tərkibi, eləcə də qısa və uzunmüddətli missiyalar haqqında məlumat verib.
 





29.08.2013    çap et  çap et