525.Az

Samur transsərhəd çayının su ehtiyatlarının bölünməsi üzrə komissiya iclası keçirildi


 

Samur transsərhəd çayının su ehtiyatlarının bölünməsi üzrə komissiya iclası keçirildi<b style="color:red"></b>

Samur transsərhəd çayının su ehtiyatlarının bölünməsi üzrə Azərbaycan-Rusiya Birgə Komissiyasının 15-ci iclası keçirilib.

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətindən (ASC) verilən məlumata görə, iclas Rusiya Federasiyasının Dağıstan Respublikası ərazisində olub.

Azərbaycan-Rusiya Birgə Komissiyasının Azərbaycan tərəfindən həmsədri, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini Zakir Quliyevin rəhbərliyi ilə keçirilən görüşdə Səhmdar Cəmiyyətinin, Azərbaycan Respublikası Xarici İşlər, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, Əmlak Məsələləri Dövlət Komitəsinin və Dövlət Sərhəd Xidmətinin nümayəndələri iştirak ediblər.

İclasda "Azərbaycan Respublikası Höküməti və Rusiya Federasiyası Höküməti arasında Samur transsərhəd çayının su ehtiyatlarının səmərəli istifadəsi və mühafizəsi sahəsində əməkdaşlıq haqqında" 2010-cu il sentyabrın 3-də imzalanan sazişin icra olunması, Samurçay baş hidroqovşağının istismarı, sudan istifadə məlumatlarının qarşılıqlı mübadiləsi, hidroqovşaqdan ekoloji su buraxmalarına riayət edilməsi və su bölgüsü ilə bağlı digər məsələlər müzakirə edilərək müvafiq qərarlar qəbul edilib. Görüş dostluq və qarşılıqlı anlaşma şəraitində keçib.

Qeyd edək ki, sazişə əsasən, komissiyanın iclası ildə iki dəfə, hər dəfə bir ölkənin ərazisində keçirilir.

C.ABASOV

 





14.12.2018    çap et  çap et