525.Az

"Sən sevən qız başqasıydı, sən alan qız başqası..." - Ramiz Rövşən - ANONS


 

"Sən sevən qız başqasıydı, sən alan qız başqası..." - Ramiz Rövşən - <b style="color:red">ANONS</b>

Dekabrın 15-i şair Ramiz Rövşənin doğum günüdür.

Bu nə toydu, atam oğlu?
Bir ölən eşqin yası...
Sən sevən qız başqasıydı,
sən alan qız başqası.

***

… O qızdan gözəl qız tapılmaz daha,
Daha o kişidən igidi yoxdu.
Amma bu dünyada xoşbəxt olmağa
Daha heç birinin ümidi yoxdu…

***

Sən mənim dərdimə dərman deyilsən,
Sən mənim dərdimi ovutduransan.
Sən mənim sevdiyim insan deyilsən,
Mənə sevdiyimi unutduransan.

***

Heç bilmirəm kimiydin,
     nəydi sənin adın da.
Amma o təbəssümün
     yadımdadı, yadımda.

O təbəssüm -
     Bəlkə də anlasaydım
                            mən dəli;
Baş tutmayan bir eşqin
      əvvəliydi, əvvəli.

ŞEİRLƏRİN TAM VERSİYASINI "525-Cİ QƏZET"İN ŞƏNBƏ SAYINDAN OXUYA BİLƏRSİNİZ

 





15.12.2018    çap et  çap et