525.Az

İKT üzrə statistikanın beynəlxalq standartlara uyğunlaşdırılması üzrə müzakirələr aparılır


 

İKT üzrə statistikanın beynəlxalq standartlara uyğunlaşdırılması üzrə müzakirələr aparılır<b style="color:red"></b>

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RITN) “Azərbaycan Respublikasında 2013-cü ilin “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı” üzrə tədbirlərin icrasını davam etdirir. Tədbirlər Planında yer alan “İKT üzrə statistikanın beynəlxalq təcrübəyə uyğun təkmilləşdirilməsi bəndi” üzrə işlər həyata keçirilir.

Bu bəndə müvafiq olaraq, cari il ərzində Dövlət Statistika Komitəsi (DSK) tərəfindən təsdiq olunmuş İKT üzrə hesabat formalarının təkmilləşdirilməsi məqsədilə rəsmi statistik hesabat formalarına dair təkliflər hazırlanaraq DSK-ya təqdim olunub.

Son 10 il ərzində Azərbaycanın İKT sektoruna 2,5 mlrd. ABŞ dolları məbləğində investisiya yatırılıb

 Bu barədə YAP-ın rəsmi veb-saytına müsahibə verən rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.

Nazir qeyd edib ki, ötən 10 il ərzində İKT sektorunda orta illik artım tempi 20-25 faiz  təşkil edib, sektor hər 3 ildə 2 dəfə genişlənib və sektorun həcmi təqribən 6 dəfədən çox artaraq təxminən 2 mlrd. dolları ötüb: “Bundan başqa, sahə üzrə gəlirlərdə özəl sektorun payı 67,4 faizdəndən  80 faizə  yüksəlib. Qeyd edim ki, son 10 il ərzində sektora təqribən 2,5 mlrd. dollar investisiya yatırılıb”.

Ə.Abbasov həmçinin bildirib ki, son 10 ildə hər 100 nəfərə düşən sabit şəbəkə abunəçilərinin sayı 11,5-dən 18,6-ya yüksəlib. Mobil abunəçilərin sayı isə 7 dəfə artaraq 10,1 mln.-u ötüb.

“Ötən illər ərzində diqqət mərkəzində olan əsas amillərdən biri də  internetin keyfiyyətinin və sürətinin yüksəldilməsi olub. Bu kontekstdə hər 100 nəfərə düşən internet istifadəçiləri 14 dəfə artıb, beynəlxalq internet kanallarının ümumi tutumu isə dəfələrlə çoxaldılaraq 200 Gbit/s-ə çatdırılıb. Sevindirici haldır ki, həyata keçirilən tədbirlər fonunda Azərbaycan artıq trafikin ötürülməsi üzrə tranzit funksiyasını yerinə yetirir. Qeyd edim ki, bu gün ölkə əhalisinin 70 faizi internet istifadəçisi, 50 faizi  isə genişzolaqlı xidmət istifadəçisidir”, – deyə Ə.Abbasov əlavə edib.

Samirə QULİYEVA

 





30.08.2013    çap et  çap et