525.Az

Avqustun 30-dan Bakı-Qəbələ aviareysi açılır


 

Avqustun 30-dan Bakı-Qəbələ aviareysi açılır<b style="color:red"></b>

Uçuşlara avqustun 30-dan etibarən başlanacaq: “Bakı-Qəbələ-Bakı reysləri hər həftənin V və VII günləri Bakıdan Qəbələyə saat 15:00-da, əks istiqamətdə isə 16:25-də “Embraer-170” tipli təyyarələrlə həyata keçiriləcək”.

Bakı-Qəbələ aviareysi üzrə bir istiqamətdə aviabiletin qiyməti 48 manat təşkil edir. Bakıdan Qəbələyə uçuş 35 dəqiqə təşkil edir.

Qeyd edək ki, hazırda Qəbələ aeroportundan Moskvaya uçuşlar həyata keçirilir, sentyabrın 12-dən etibarən isə Sankt-Peterburq şəhərinə birbaşa aviareyslərə başlanacaq.

Samirə QULİYEVA

 





30.08.2013    çap et  çap et