525.Az

Parisdə 300-ə yaxın miqrant "Comedie Francaise"ə girməyə çalışıb


 

Parisdə 300-ə yaxın miqrant "Comedie Francaise"ə girməyə çalışıb<b style="color:red"></b>

Fransanın paytaxtı Parisdə 300-ə yaxın miqrant "Comedie Francaise" teatrına girməyə çalışıb.

Trend-in məlumatına görə, miqrantlar teatrın rəhbərindən onları ölkənin daxili işlər naziri Kristofer Kastaner ilə görüştürmələrini təşkil etməsini istəmək üçün teatra daxil olmağa çalışıblar.

Bildirilir ki, insident yerli vaxtla saat 21:00-da baş verib.

Miqrantların ilk cəhdinin qarşısını teatrın mühafizəçiləri alıb. Daha sonra hadisə yerinə gələn polis əməkdaşları gözyaşardıcı qazdan istifadə ediblər.

 





17.12.2018    çap et  çap et