525.Az

Müəllimlərin işə qəbulu ilə bağlı yeni əmr


 

Müəllimlərin işə qəbulu ilə bağlı yeni əmr<b style="color:red"></b> Təhsil naziri Mikayıl Cabbarov müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələri barədə əmr imzalayıb.

Bu barədə Lent.az-a Təhsil Nazirliyindən məlumat verilib. Əmrə əsasən, 2013-2014-cü tədris ilində ümumi təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələri təsdiq edilib və rayon (şəhər) təhsil şöbələrinin (idarələrinin), ümumi təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrinin rəhbərlərinə 5 gün müddətində müsabiqə nəticəsində işə qəbul olunan müəllimlərin sənədlərini yoxlayıb, onlarla əmək müqavilələrinin bağlanmasını təmin etməlidrilər.
 
Əmrdə o da qeyd olunur ki,  müsabiqə yolu ilə işə qəbul olunaraq pedaqoji fəaliyyətə başlayan müəllimlər, həmçinin dərs ili başlandıqdan sonra real vəziyyət təhlil olunmaqla, ciddi ehtiyac olan vakant yerlər barədə sentyabrın 20-dək Təhsil Nazirliyinə rəsmi məlumat təqdim edilməlidir.
 
Aparat rəhbərinin müavininə və eyni zamanda, Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsinin müdirinə 2013-2014-cü tədris ilində ümumi təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin  nəticələrinin geniş təhlilini aparmaq və yekunlarına dair rəhbərliyə hesabat təqdim etmək tapşırılıb.
 





30.08.2013    çap et  çap et