525.Az

“Diffamasiya haqqında” qanun payız sessiyasına qaldı


 

“Diffamasiya haqqında” qanun payız sessiyasına qaldı<b style="color:red"></b>

Azərbaycanda uzun müddətdir müzakirəsi gözlənilən “Diffamasiya haqqında” qanun layihəsi Milli Məclisin payız sessiyasının gündəliyinə daxil edilib.

Parlamentdən APA-ya verilən məlumata görə, qanun layihəsi Avropa Şurasının Venesiya Komissiyası ilə razılaşdırılma ərəfəsindədir və müzakirələr yekunlaşmaq üzrədir.
 
Qanunun qəbulu ilə bağlı mübahisəli məqam olan Cinayət Məcəlləsindəki 147 (böhtan) və 148-ci (təhqir) maddələr Avropa ölkələrinin təcrübəsi əsas götürülmək şərtilə çıxarılmayacaq, saxlanılacaq. Yəni bu maddələr tətbiq edici yox, çəkindirici gücə malik olacaq.
 
Qanunla bağlı bütün yeniliklər və razılaşmalar isə parlamentdə müzakirələr zamanı açıqlanacaq.

 





30.08.2013    çap et  çap et