525.Az

Bakı Dövlət Universitetində çinli qonaqlarla görüş


 

Bakı Dövlət Universitetində çinli qonaqlarla görüş <b style="color:red"></b>

Bakı Dövlət Universitetində (BDU) Çin Xalq Respublikasının Milli Xalq Konqresinin Daimi Komitəsinin, Milli Xalq Konqresinin Konstitusiya və Hüquq Komitəsinin üzvü Yu Zhigangın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Nümayəndə heyətinin tərkibində Çin Milli Xalq Konqresinin üzvləri - professor Pan Yue, Sun Ming, Wang Shuo, Tian Yuzhi, Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyinin siyasi məsələlər şöbəsinin birinci katibi cənab Zheng Haining, səfirin köməkçisi Gülməmmədli Mehdi olub.

Qonaqları giriş sözü ilə salamlayan rektorun beynəlxalq əlaqələr üzrə müşaviri, professor Çingiz İsmayılov ÇXR ilə təhsil və elm sahəsində hərtərəfli əməkdaşlığının genişləndirilməsinin BDU-nun inkişaf strategiyasının prioritetlərindən biri olduğunu, Çin tarixinin, mədəniyyətinin daha dərindən öyrənilməsi baxımından birgə əməkdaşlığın vacibliyini qeyd edib.

Qonaq Yu Zhigan, öz növbəsində, Çin ilə Azərbaycan arasında təhsil sahəsində əməkdaşlığın inkişafından məmnunluğunu bildirib, Bakı Dövlət Universiteti ilə əlaqələrin genişləndirilməsində maraqlı olduqlarını vurğulayıb.

Daha sonra universitetin xarici tələbələrlə iş üzrə dekanı Gülheyran Rəhimova və Uzaq Şərq dilləri və ədəbiyyatı kafedrasının müdiri professor Cəlilbəyli Oqtay çıxış ediblər.

Görüşdə Çin universitetləri ilə Bakı Dövlət Universiteti arasında əməkdaşlığın genişləndirilməsi, tələbə və müəllim mübadiləsi, birgə tədqiqat işlərinin aparılması, layihələrin hazırlanması ətrafında fikir mübadiləsi aparılıb. Görüş çərçivəsində qonaqlar Bakı Dövlət Universitetində fəaliyyət göstərən Konfutsi İnstitutu ilə tanış olublar.

S.QARAYEVA

 





19.12.2018    çap et  çap et