525.Az

Milli Kitabxananın kollektivi Tahir Salahovun yubiley sərgisində


 

Milli Kitabxananın kollektivi Tahir Salahovun yubiley sərgisində<b style="color:red"></b>

Dünən Azərbaycan Milli Kitabxanasının kollektivi Bakı Ekspo Mərkəzində dünya şöhrətli rəssam Tahir Salahovun 90 illik yubileyinə həsr edilmiş sərgidə iştirak edib.

Sərgidə Xalq rəssamının yaradıcılığının bütün dövrlərini əhatə edən həm milli, həm də dünyəvi koloriti özündə əks etdirən, rənglərin dolğun, qeyri-adi çaları ilə təsvir olunan, hər biri özlüyündə yeni sənət tapıntıları sayılan tablo, natürmort, portret və peyzajları təqdim edilib.

Xalq rəssamı, Sosialist Əməyi Qəhrəmanı, Dövlət mükafatları laureatı Tahir Salahovun milli memarlıq abidələrini, görkəmli şəxsiyyətləri, incəsənət xadimlərini, sadə zəhmətkeş obrazını, fərqli və maraqlı təbiət təsvirlərini özünəməxsus tərzdə, rənglərin dili ilə xüsusi orijinallıqla təqdim etdiyi əsərləri sərgi iştirakçılarında xüsusi maraq oyadıb.

MEHRİ

 





19.12.2018    çap et  çap et