525.Az

"Yeni binaların sakinlərinin 70 faizi mülkiyyət sənədinə sahib deyil"


 

"Yeni binaların sakinlərinin 70 faizi mülkiyyət sənədinə sahib deyil"<b style="color:red"></b>

"Yaşayış və qeyri-yaşayış sahələri Bakı şəhərində 4 kateqoriya bölgüsü ilə qiymətləndirildiyi halda, mənzillərin harada yerləşməsindən asılı olmayaraq binanın idarəçiliyini əlində saxlayan şəxslər və ya qruplar istədiyi kommunal qiyməti müəyyənləşdirir. Onlar istədiyi məbləğdə qarajlara qiymət qoyur, ödənən vəsait müqabilində keyfiyyətli xidmət də göstərmirlər. Halbuki bu özbaşınalığın ən böyük zərbəsi vətəndaşlara dəymiş olur".

Bunu millət vəkili Fazil Mustafa deyib.

Millət vəkili bildirib ki, şəhər ərazisinin hər kateqoriyası üzrə Tarif Şurası maksimum kommunal xərclərin məbləğini müəyyənləşdirməlidir ki, insanlar əvvəlcədən öz büdcələrinin imkanlarını ölçüb-biçsinlər.

"Qarajları elə baha edirlər ki, insanların almaq imkanı olmur və çox vaxt boş qalır, əvəzində əksəriyyət avtomobilini binanın həyətində saxlayır və insanları hərəkəti məhdudlaşır, istirahət etmə imkanları yox edilir.
Bakıda inşa edilən binaların sakinlərinin 70 faizi mülkiyyət sənədinə sahib deyil, halbuki bütün mədəni ölkələrdə mənzilin pulunu ödədinsə, artıq rəsmi sənədini verməlidirlər. On illərlə bina təhvil verilməyəcək deyə, vətəndaşın adi alqı-satqı əməliyyatı etməyi mümkün olmur. Bu cür dərəbəylik ancaq bizdə mövcuddur və mülkiyyətçilərin hüquqlarını qoruyacaq heç bir mexanizm yoxdur..." - deyə, F.Mustafa sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU

 





20.12.2018    çap et  çap et