525.Az

"Yarımçıq və az çəkili doğulanlarda nevroloji xəstəliklərə daha çox rast gəlinir"


 

"Yarımçıq və az çəkili doğulanlarda nevroloji xəstəliklərə daha çox rast gəlinir"<b style="color:red"></b>

“Son illər ərzində ölkədə yarımçıq və az çəkili doğulan körpələrin həyatda qalma faizinin artması, gələcəkdə onlar arasında nevroloji xəstəliklərin çoxalması ehtimalını yüksəldir. Çünki onlarda sinir sistemi tam formalaşmır”.

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Nevroloqların Milli Assosiasiyasının vitse-prezidenti Aytən Məmmədbəyli deyib.

O bildirib ki, bu səbəbdən həmin körpələrdə xəstəliklərin vaxtında aşkar edilməsi üçün həkimə müraciət olunmalıdır.

A.Məmmədbəyli qeyd edib ki, vaxtında həkimə müraciət xəstəliklərin erkən diaqnostikasında mühüm rol oyanır: “Vaxtında dünyaya gələn körpələrdə sonrakı müddətdə sinir sistemi ilə bağlı xəstəliklərin aşkar olunması isə antenatal (hamiləlik) dövrdə olan zədələrlə əlaqəlidir. Bura ananın həm somatik statusunda problemlər, həm də bətndaxili infeksiyalar aiddir”.

O əlavə edib ki, uşaqlar arasında daha çox beyindaxili qan sızmaları və mədəciklərin böyüməsindən sonra sinir sistemi xəstəlikləri özünü büruzə verir: “Bu da uşaqlarda psixomator inkişafın ləngiməsinə səbəb olur və əlilliyə gətirib çıxarır”. 

 





20.12.2018    çap et  çap et