525.Az

2242 nəfər dövlət qulluğuna imtahan verəcək


 

2242 nəfər dövlət qulluğuna imtahan verəcək<b style="color:red"></b>

Dövlət İmtahan Mərkəzi dekabrın 23-də Dövlət Miqrasiya Xidməti ilə birlikdə Azərbaycanın miqrasiya orqanlarına qulluğa qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçirəcək.

DİM-dən verilən məlumata görə, müsabiqədə iştirak etmək istəyən namizədlərin sənəd qəbulunu Dövlət Miqrasiya Xidməti aparıb.

İmtahanda iştirak üçün 394 nəfərin namizədliyi qeydə alınıb. Namizədlər “İmtahana buraxılış vərəqəsi”ni dekabr 21-dək (saat 10.00-dan 17.00-dək) Dövlət Miqrasiya Xidmətinin Aparatından (Ünvan: AZ1114, Bakı şəhəri, Binəqədi rayonu, 3123-cü məhəllə, Binəqədi şossesi 202) götürə bilərlər.

Test imtahanı Azərbaycan Memarlıq və İnşaat Universitetinin I korpusunda saat 11.00-da başlanır.

Namizədlər imtahana şəxsiyyəti təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi"ni gətirməlidirlər. İmtаhаndа nаmizədlərə 100 test tapşırığı təqdim olunacaq. Onlardan 50 sual ümumi qanunvericilik, 20 sual Azərbaycanın tarixi və coğrafiyası, 10 sual informatika, 20 sual isə məntiq üzrə olan test tapşırıqlarıdır. İmtahan 3 sааt dаvаm еdəcək. Hər suаl bir bаllа qiymətləndirilir. İmtаhаn nəticəsində ümumi bаlı 70 və dаhа аrtıq оlаn nаmizədlər növbəti mərhələyə burахılırlаr.

Bundan başqa, dekabrın 23-də dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı da keçiriləcək. İmtahan Bakı şəhərində təşkil olunacaq. İmtahanada iştirak etmək üçün BA qrupu üzrə 483, BB qrupu üzrə 1365, ümumilikdə isə 1848 namizəd qeydiyyatdan keçib.

Bu imtahanda iştirak etmək üçün qeydiyyatdan keçən namizədlər DİM-in internet saytına daxil olaraq “İmtahana buraxılış vərəqəsi”ni çap etməlidirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara “Namizədin yaddaş kitabçası” da təqdim olunur. Burada namizədlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlayacaq və 3 saat davam edəcək.

Namizədlərlər imtahana şəxsiyyəti təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi"ni gətirməlidirlər. Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmayacaq. İmtahan binasına giriş zamanı üzərində mobil telefon, konspekt və digər yardımçı vasitələr aşkar olunan namizədlər barədə akt tərtib olunacaq və imtahan binasına buraxılmayacaqlar.

 





20.12.2018    çap et  çap et