525.Az

Türkiyədə 60 deputatın həbsi istənilir


 

Türkiyədə 60 deputatın həbsi istənilir<b style="color:red"></b>

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı təhqir etdikləri üçün müxalifətdə olan Cümhurriyyət Xalq Partiyasının (CHP) 60 deputatına həbs və siyasətlə məşğul olmaq cəzasının verilməsi tələb edilib.

“Report” “Mynet”ə istinadən xəbər verir ki, bu barədə uyğun sənəd Türkiyə Böyük Millət Məclisinə göndərilib.

Sənədə əsasən, CHP-nin sədri Kamal Kılıcdaroğlu “Twitter”dən paylaşdığı “Tayyiblər aləmi” karikaturasını yenidən paylaşıb. Onun partiyasından olan depuatlar da həmin karikaturtanı yenidən paylaşıblar.

Prezidenti təhqir etməkdə ittiham olunan 60 millət vəkilinə həbs cəzasının verilməsi və siyasətlə məşğul olmalarının qadağan edilməsi tələb olunub.

 





20.12.2018    çap et  çap et