525.Az

Mey Trampın hədiyyəsini qəbul etmədi


 

Mey Trampın hədiyyəsini qəbul etmədi <b style="color:red"></b>

Böyük Britaniyanın Baş naziri Tereza Mey ABŞ Prezidenti Donald Tramp və xanımı Melaniyanın hədiyyəsini qəbul etməyib.

Trend-in məlumatına görə, bu hadisə yayda, D.Trampın Britaniyaya səfəri zamanı baş verib.

Qeyd olunur ki, Tramp cütlüyü Tereza Meyə bəzək əşyaları və mücrü təqdim edib.

Lakin ölkədə mövcud olan qanunla əlaqədar olaraq Baş nazir hədiyyəni geri qaytarmalı olub.

Qanuna əsasən, Böyük Britaniyada hökumət üzvləri dəyəri 140 funt sterlinqdən yüksək olan hədiyyəni qəbul edə bilməzlər.

 





20.12.2018    çap et  çap et