525.Az

“İrəli” İctimai Birliyinin VI Hesabat-Seçki Konfransı keçiriləcək


 

“İrəli” İctimai Birliyinin VI Hesabat-Seçki Konfransı keçiriləcək<b style="color:red"></b>

Dekabrın 25-də Nizami Kino Mərkəzində “İrəli” İctimai Birliyinin VI Hesabat-Seçki Konfransı keçiriləcək.

İctimai birlikdən verilən məlumata görə, tədbirdə “İrəli”nin 2016-2018-ci illəri əhatə edən fəaliyyəti ilə bağlı hesabat veriləcək.

Konfransda hərəkət kimi 15, təşkilat kimi 10 illik fəaliyyəti tamam olan təşkilatın nizamnaməsinə uyğun olaraq yeni idarə heyəti və sədrin seçilməsi nəzərdə tutulub.

İctimai birliyin il ərzində fərqlənən gənc üzvləri, eləcə də təşkilatla səmərəli əməkdaşlıq edən qurumların rəhbərləri təltif olunacaqlar.

Qeyd edək ki, “İrəli” 10 illik yubileyini əvvəlki illərdə olduğu kimi, ilk olaraq cəbhə bölgəsində həqiqi hərbi xidmətdə olan əsgərlərlə qeyd edəcək.

Xatırladaq ki, “İrəli” 2003-cü ilin avqustun 26-da gənclər hərakatı kimi fəaliyyətə başlayıb. 2008-ci ilin dekabrın 24-də “İrəli” hərəkat formatından ictimai birlik formatına keçib.

2014-cü ilin iyunun 24-də “İrəli” İctimai Birliyinin IV Hesabat-Seçki Konfransında Mirhəsən Seyidov təşkilata sədr seçilib. 2016-cı ilin dekabrın 19-da ictimai birliyin V Hesabat-Seçki Konfransı keçirilib və M.Seyidov növbəti dəfə təşkilata sədr seçkilərində qalib gəlib.

“İrəli” İctimai Birliyinin əsas məqsədi yerli və mərkəzi icra orqanları, qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqələri gücləndirərək dövlət gənclər siyasətinin inkişafına töhfə vermək, bu istiqamətdə gənclərin irəli sürdüyü təşəbbüsləri dəstəkləmək, ölkənin maraqlarını qoruyan vətəndaş cəmiyyətinin formalaşması və inkişafında yaxından iştirak etməkdir. 

CEYHUN

 





20.12.2018    çap et  çap et