525.Az

“Elektron hökumət” portalına 6 yeni xidmət daxil edilib


 

“Elektron hökumət” portalına 6 yeni xidmət daxil edilib<b style="color:red"></b> Dövlət qurumlarının “Elektron hökumət” portalı üzərindən əhaliyə təqdim etdikləri elektron xidmətlərin sayı artmaqdadır. Artıq Mərkəzi Seçki Komissiyasının (MSK) altı xidməti də “Elektron hökumət” portalına (www.e-gov.az) inteqrasiya edilib. Bu xidmətlərə “Ad, soyad və ata adı üzrə dairə və məntəqələrin axtarışı”, “Dairə və məntəqə ünvanlarının axtarışı”, “Dairə və məntəqələrin xəritə üzrə axtarışı”,“Onlayn müraciət”, “Seçici siyahısı üçün məlumatların daxil edilməsi”, “Seçici ünvanına görə dairə və məntəqənin axtarışı” daxildir.
 
MSK-nın sözügedən elektron xidmətlərini seçdikdə hər bir portal istifadəçisi tələb olunan məlumatları daxil etməklə ad, soyad, və ata adı üzrə dairə və məntəqələrin, dairə və məntəqələrin ünvanlarının, seçici ünvanına görə dairə və məntəqənin, dairə və məntəqələrin xəritə üzrə axtarışlarını və seçici siyahısı üçün məlumatları əldə etməklə yanaşı, həmçinin onlayn müraciətlərini göndərə bilər.
 
Xidmətlərdən istifadə üçün linkinə daxil olmaq və müvafiq xidməti seçmək lazımdır.
 





02.09.2013    çap et  çap et