525.Az

Qoşqar Təhməzli USAID-in nümayəndə heyəti ilə görüşdü


 

Qoşqar Təhməzli USAID-in nümayəndə heyəti ilə görüşdü<b style="color:red"></b>

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyinin (USAID) nümayəndə heyəti ilə görüşüb.

AQTA-dan verilən məlumata görə, görüşdə USAID-in Azərbaycan üzrə yeni missiya direktoru Caydev Sinqx, İdarəçilik və iqtisadi dayanıqlılıq ofisinin direktoru Aylin Loules iştirak ediblər.

Görüşdə Q.Təhməzli nümayəndə heyətinə agentliyin fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib. Həmçinin, tərəflər gələcək əməkdaşlıq imkanlarını müzakirə ediblər.

Ölkədə qida təhlükəsizliyi sahəsində həyata keçirilən islahatlar barədə danışan AQTA sədri bu fəaliyyətin daha da genişləndirilməsi məqsədi ilə hər iki qurumun insan resurslarının inkişafı istiqamətində birgə təlimlər təşkil etməsinin önəmini vurğulayıb.

USAID-in Azərbaycan üzrə missiya direktoru C.Sinqx təhlükəsiz qida istehsalı və ixracın təşviq edilməsi istiqamətində AQTA ilə əməkdaşlıqda maraqlı olduqlarını diqqətə çatdırıb. Tərəflər bu istiqamətdə əməkdaşlığın bundan sonra daha da genişləndiriləcəyinə əminlik ifadə ediblər.

C.ABASOV

 





20.12.2018    çap et  çap et