525.Az

Şəmkirin Qədimqala kəndində yeni tibb məntəqəsi açıldı


 

3 MİN NƏFƏR ƏHALİSİ OLAN KƏNDİN KÖHNƏ TİBB MƏNTƏQƏSİ KÖKLÜ ŞƏKİLDƏ YENİDƏN QURULUB

Şəmkirin Qədimqala kəndində yeni tibb məntəqəsi açıldı <b style="color:red"></b>

Şəmkirin Qədimqala kəndində yeni tibb məntəqəsi açılıb.

Günün tələbləri səviyyəsində təmir edilən yeni tibb məntəqəsinin açılışında rayonun rəhbərliyi, ictimaiyyətinin nümayəndələri, tibb işçiləri, kəndin sakinləri iştirak edib.

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov çıxış edərək, son illərdə rayonda səhiyyə müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən danışıb. Yerlərdə aparılan quruculuq işlərinin ölkə rəhbərinin bölgələrə daimi diqqət və qayğısının nəticəsi olduğunu vurğulayan rayon rəhbəri yeni tibb ocağının açılışı münasibətilə kənd sakinlərini təbrik edib.

Tədbirdə çıxış edən səhiyyə işçiləri, inşaatçılar, sadə kənd adamları bölgələrdə sosial problemlərin həlli, həmçinin, kəndlərdə tibbi xidmətin səviyyəsinin yüksəldilməsi istiqamətində Şəmkir rayonunda aparılan işlərə görə minnətdarlıq hisslərini ifadə ediblər.

Daha sonra ictimaiyyət nümayəndələri yeni yaradılan tibb məntəqəsindəki şəraitlə tanış olublar. Məntəqədə ilkin zəruri tibbi yardım, müayinə və sadə müalicə üsullarının tətbiqi üçün imkanlar var.

Qeyd edək ki, Şəmkir rayon mərkəzindən Gəncə istiqamətində yerləşən Qədimqala kəndi bu ilin iyul ayınadək Muxtariyyə adlanırdı.

Zakir MURADOV
Şəmkir

 





20.12.2018    çap et  çap et