525.Az

Neft Fondunun Müşahidə Şurasının iclası keçirildi


 

Neft Fondunun Müşahidə Şurasının iclası keçirildi<b style="color:red"></b>

Dekabrın 18-də Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) Müşahidə Şurasının növbəti iclası keçirilib.

Fonddan verilən məlumata görə, Azərbaycanın baş naziri, fondun Müşahidə Şurasının sədri Novruz Məmmədovun sədrliyi ilə keçirilən iclasda Dövlət Neft Fondunun 2019-cu il üçün büdcə layihəsi müzakirə olunub.

Müşahidə Şurası Hesablama Palatasının rəyi nəzərə alınmaqla fondun 2019-cu il üçün büdcə layihəsinə, o cümlədən, fondun idarə edilməsi ilə bağlı xərclərə dair ARDNF-nin icraçı direktoru tərəfindən təqdim edilmiş məlumatlara baxıb.

ARDNF-nin 2019-cu il büdcəsinin gəlirlərinin 15,4501 milyard manat, xərclərinin 11,595,2 çilyard manat, o cümlədən, fondun idarə edilməsi ilə bağlı xərclərin 30,9 milyon manat məbləğində müəyyən edilməsi məqsədəuyğun sayılıb. Müvafiq olaraq ARDNF-nin büdcə layihəsi, o cümlədən, fondun vəsaitinin istifadə edilməsinin əsas istiqamətləri (investisiya siyasəti daxil olmaqla) və fondun idarə edilməsi ilə bağlı illik xərclər smetasının layihələri məqbul hesab edilib.

ARDNF-nin 2019-cu il üçün büdcə layihəsi Hesablama Palatasının rəyi ilə birlikdə təsdiqi üçün Azərbaycan prezidentinə təqdim olunması tövsiyə edilib.

İclasda, eyni zamanda, "Azərbaycan Respublikası Dövlət Neft Fondunun valyuta vəsaitinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydalar"ında təklif edilən dəyişikliklər məqbul sayılıb və bu dəyişikliklərin təsdiqi üçün dövlət başçsına təqdim olunması tövsiyə edilib.

CEYHUN

 





20.12.2018    çap et  çap et