525.Az

İtaliyadakı beynəlxalq musiqi festivalında Azərbaycan təmsilçisi I yeri tutub


 

İtaliyadakı beynəlxalq musiqi festivalında Azərbaycan təmsilçisi I yeri tutub<b style="color:red"></b>

İtaliyanın Rimini şəhərində “Rimini stars- 2013” Beynəlxalq musiqi festivalı keçirilib.  Festivalda Azərbaycanı Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə T.Quliyev adına 12 nömrəli 11 illik musiqi məktəbinin üçüncü sinif şagirdi Ayan Məmmədli təmsil edib.

 Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsindən verilən məlumata görə, o, müsabiqədə fortepiano nominasiyası üzrə birinci yerə layiq görülüb.  Bundan əvvəl Ayan Məmmədli cari ilin martında Estoniyanın Narva şəhərində keçirilmiş musiqi festivalının da qalibi olub.

S.ABDULLAYEVA

 





02.09.2013    çap et  çap et