525.Az

Millət vəkillərinə yubiley medalı veriləcək


 

Millət vəkillərinə yubiley medalı veriləcək<b style="color:red"></b>

Milli Məclis (MM) qış tətilinə hazırlaşır.

Parlamentin 2018-ci il payız (qış) sessiyası yaxın günlərdə öz işini başa vuracaq.

Millət vəkilləri bu sessiyada son dəfə dekabrın 28-də keçiriləcək plenar iclasda bir araya gələcəklər.

İclasda bir neçə məsələnin müzakirəsi, o cümlədən, 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə bağlı MM-in dünya azərbaycanlılarına müraciətinin qəbul edilməsi nəzərdə tutulur. İclasda həmçinin, Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyi ilə bağlı təsis edilmiş yubiley medalının millət vəkillərinə təntənəli şəkildə təqdim edilməsi gözlənilir. İclas öz işini sonda spiker Oqtay Əsədovun sessiyanın yekunlarına həsr olunmuş hesabatının təqdim edilməsi və dövlət himninin oxunması ilə yekunlaşdıracaq.

Millət vəkilləri bir də 2019-cu ilin yanvar ayın 15-20-si arasında tətildən geri dönəcəklər. Belə ki, həmin vaxt MM-in 2019-cu il yaz sessiyası ilə bağlı komitə iclasları öz işinə start verəcək. Sessiya isə fevralın 1-də ilk plenar iclasla açılışını elan edəcək.

Qeyd edək ki, sessiyada bir sıra yeni qanunlara və ya mövcud qanunlara dəyişikliklərlə yanaşı, Nazirlər Kabinetnin (hökumətin) son biri illik fəaliyyəti ilə bağlı hesabatı, həmçinin, Ombudsmanın, Ədliyyə Nazirliyinin (ƏN) Bələdiyyələrlə İş Mərkəzinin, İnsan alverinə qarşı mübarizə ilə bağlı Milli Koordinatorun hesabatları müzakirə ediləcək, dinləniləcək və qəbul olunacaq. Hökumətin hesabatını baş nazir Novruz Məmmədov, Ombudsmanın hesabatını Müvəkkil Elmira Süleymanova, ƏN-in Bələdiyyələrlə İş Mərkəzinin hesabatını ədliyyə nazirinin müavini Vilayət Zahirov, Milli Koordinatorun hesabatını isə daxil işlər nazirinin birinci müavini Vilayət Eyvazov təqdim edəcək.

K.HƏMZƏOĞLU

 





21.12.2018    çap et  çap et