525.Az

Firudin Qurbanov BDU-nin rektor əvəzi oldu


 

Firudin Qurbanov BDU-nin rektor əvəzi oldu <b style="color:red"></b>

Bakı Dövlət Universitetinin (BDU) rektoru səlahiyyətlərini təhsil nazirinin müavini Firudin Qurbanov icra edəcək.

Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehov məlumatı Modern.az-a təsdiqləyib.

Məlumata görə, bu barədə Təhsil naziri Ceyhun Bayramov bu gün əmr imzalayıb.

Firudin Qurbanov BDU-nin icraçı rektoru vəzifəsini daşımaqla yanaşı, Təhsil Nazirliyindəki nazir müavini postunda da qalacaq. 

Qeyd edək ki, noyabrın 15-də Abel Məhərrəmov Prezidentin sərəncamı ilə BDU-nun rektoru vəzifəsindən azad edilib. Rektor səlahiyyətlərinin icrası isə 1 ay müddətinə universitetin tədris işləri üzrə prorektoru İradə Əliyevaya həvalə edilmişdi. Həmin müddət isə sabah başa çatır. 

Əldə etdiyimiz məlumata görə, Firudin Qurbanov sabah dekabrın 22-də saat 10:00-da Baku Dövlət Universitetinin kollektivinə təqdim ediləcək.

 





21.12.2018    çap et  çap et