525.Az

Türkiyədə milli idarəolunan raket istehsal olundu


 

Türkiyədə milli idarəolunan raket istehsal olundu<b style="color:red"></b>

Türkiyədə “Bora” milli idarəolunan raketi istehsal olunub.

Trend-in məlumatına görə, bunu ölkənin Müdafiə Sənayesi Katibliyinin baş direktoru İsmayıl Demir deyib.

İ.Demirin sözlərinə görə, “Bora” raketləri vasitəsilə 280 kilometr məsafədəki hədəfi dəqiq zərbə ilə məhv etmək mümkündür.

Qeyd edək ki, bir müddət əvvəl Prezident Rəcəb Tayyib Ərdoğan ölkənin müdafiə sənayesinin gücləndiriləcəyini və bu sahədə Türkiyənin dünya liderinə çevriləcəyini demişdi.

 





21.12.2018    çap et  çap et