525.Az

Qara Qarayevin 100 illiyinə həsr olunmuş kamera konserti keçirildi


 

Qara Qarayevin 100 illiyinə həsr olunmuş kamera konserti keçirildi <b style="color:red"></b>

Beynəlxalq Muğam Mərkəzində dahi bəstəkar, məşhur alim-pedaqoq, ictimai xadim, SSRİ xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan dövlət mükafatları laureatı, akademik Qara Qarayevin 100 illik yubileyinə həsr olunmuş kamera konserti keçirilib.

Mərkəzdən verilən məlumata görə, tədbirdə tanınmış rusiyalı musiqiçilər, beynəlxalq müsabiqələr laureatları – pianoçu Olqa Domnina, skripka ifaçısı Stanislav Malışev və istedadlı gənc vokalçı, Bülbül adına VII Beynəlxalq müsabiqənin “Ümid” diplomuna layiq görülmüş Mahir Tağızadə çıxış ediblər.

Konsertdə dahi bəstəkarın “Fortepiano üçün 24 prelüd” silsiləsindən 2-ci dəftər”, “Skripka və fortepiano üçün sonata”, “Bariton, skripka və fortepiano üçün 3 noktürn”, “Yeddi gözəl” baletindən fortepiano üçün transkripsiya” əsərləri səsləndi.
Bütün çıxışlar alqışlarla qarşılanıb.

Beynəlxalq Muğam Mərkəzində Azərbaycan mədəniyyəti və incəsənətinin gözəl nümunələrinin təbliği və inkişafı məqsədi ilə həyata keçirilən tədbirlər və möhtəşəm yaradıcılıq layihələri davam edir.

Dekabrın 22-də Beynəlxalq Muğam Mərkəzində Leopold və Mstislav Rostropoviçlər adına 21 №-li оnbirillik musiqi məktəbi şagirdlərinin iştirakı ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramına həsr olunmuş konsert keçiriləcək. Konsertdə Avropa, Rusiya və Azərbaycan bəstəkarlarının əsərləri səslənəcək.

 





21.12.2018    çap et  çap et