525.Az

Azərbaycan daha bir türkiyəli iş adamını beynəlxalq axtarışa verib


 

Azərbaycan daha bir türkiyəli iş adamını beynəlxalq axtarışa verib<b style="color:red"></b>

Azərbaycanın hüquq-mühafizə orqanları daha bir türkiyəli iş adamı barəsində beynəlxalq axtarış elan edib.

APA-nın xəbərinə görə, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.
 
Məlumatda bildirilir ki, Türkiyə vətəndaşı, 46 yaşlı Turgay Ərdoğan Cinayət Məcəlləsinin 213.2.2-ci (vergidən yayınma - külli miqdarda törədildikdə) maddəsi ilə təqsirli bilinir. Onun saxlanılması üçün Azərbaycan dövlətlərarası axtarış elan edib.
 
Turgay Ərdoğan Azərbaycanda sahibkarlıq fəaliyyəti ilə məşğul olub.
 
Qeyd edək ki, bu il Azərbaycan hüquq-mühafizə orqanları ölkədə məşğul olan daha bir neçə türkiyəli iş adamı barəsində beynəlxalq axtarış elan edib.
 
Onların hamısı vergidən yayınmada ittiham olunur.

 





02.09.2013    çap et  çap et