525.Az

BDU-də vərəm müayinəsindən keçməyən tələbələr imtahana buraxılmayacaqlar?


 

BDU-də vərəm müayinəsindən keçməyən tələbələr imtahana buraxılmayacaqlar?<b style="color:red"></b>

Bakı Dövlət Universitetində (BDU) vərəm xəstəliyinə görə tibbi müayinədən keçməyən tələbələrin imtahana buraxılmayacağı ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

Bunu BDU-nin mətbuat katibi Pərvanə İbrahimova deyib.

P.İbrahimova qeyd edib ki, vərəm dispanserində bir tələbədə vərəmə yoluxma halı aşkarlanıb:

“Lakin müayinədən keçməyən tələbələrin imtahana buraxılmayacağı ilə bağlı məlumatlar tamamilə əsassızdır. Sadəcə vərəm xəstəliyi aşkar olunan tələbə ilə ünsiyyətdə olan həmkarlarına məsləhət görülüb ki, müayinədən keçsinlər. Tələbələr müayinədən keçiblər və onlarda vərəmə yoluxma halı aşkar edilməyib”.

 





21.12.2018    çap et  çap et