525.Az

Nazir: "Ali təhsil müəssisələrində dövlət sifarişli yerlər artırılacaq"


 

<b style="color:red">Nazir: "Ali təhsil müəssisələrində dövlət sifarişli yerlər artırılacaq"</b>

Təhsilin əlçatanlığının təmin edilməsi məqsədilə 2019-2020-ci tədris ilində ali təhsil müəssisələrində dövlət sifarişli yerlərin əhəmiyyətli şəkildə artırılması nəzərdə tutulub.

Trend-in məlumatına görə, bunu təhsil naziri Ceyhun Bayramov Azərbaycan tələbələrinin II qurultayında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, bu il qəbul imtahanlarında rekord sayda – 41 minə yaxın gənc tələbə adını qazanıb, 3127 nəfər 600 baldan yüksək nəticə göstərib, 29 abituriyent 700 bal toplayıb. 2090 nəfər 500-dən yuxarı bal toplayan gənc müəllimlik ixtisasını seçib ki, bu da gənclər arasında müəllim peşəsinə marağın artmasını sübut edir.

C.Bayramov “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 3558 gəncin dünyanın ən nüfuzlu universitetlərində təhsil aldığını deyib

Nazirin sözlərinə görə, hazırda Azərbaycanın ali məktəblərində 76 ölkədən 6 mindən çox əcnəbi tələbə təhsil alır.

 





21.12.2018    çap et  çap et