525.Az

Qoşqar Təhməzli Türkiyə səfiri ilə görüşdü


 

Qoşqar Təhməzli Türkiyə səfiri ilə görüşdü<b style="color:red"></b>

Dekabrın 19-da Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral ilə görüşüb.

AQTA-dan verilən məlumata görə, görüşdə Q.Təhməzli türkiyəli səfirinə agentliyin fəaliyyət istiqamətləri barədə məlumat verib. Həmçinin, tərəflər gələcək əməkdaşlıq imkanlarını müzakirə ediblər.

Qeyd olunub ki, Azərbaycan və Türkiyə arasında iqtisadi əlaqələrin inkişafı, idxal-ixrac əməliyyatlarının həcmi ilbəil artır. Burada qida məhsullarının payında yüksəlişin nəzərəçarpacaq dərəcədə artdığı vurğulanıb.

E.Özoral səmimi qəbula görə təşəkkür edib, ölkələrimiz arasında qida təhlükəsizliyi sahəsində əlaqələrin bundan sonra daha da inkişaf edəcəyinə əminliyini bildirib.

CEYHUN

 





21.12.2018    çap et  çap et