525.Az

Xoreoqrafiya Akademiyasında müəllif konserti


 

Xoreoqrafiya Akademiyasında müəllif konserti<b style="color:red"></b>

Bakı Xoreoqrafiya Akademiyası Təhsil Kompleksində (BXA) bəstəkar, beynəlxalq müsabiqələr laureatı, akademiyanın Musiqi fənləri kafedrasının müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Lalə Cəfərovanın müəllif konseri keçirilib.

Konsert çərçivəsində solistlər Şeyda Ələsgərova, İbrahim Babayev, Turanə İsayeva, Camal Bayramlı, Akif Rəhimov, Akademiyanın dosenti Nigar Ağayeva və tələbələr L.Cəfərovanın müəllifi olduğu "Karvan və rəqs", "Dəniz və tokkato", "Rüstəm və Söhrab", "Blyuz", "L" kimi musiqi kompozisiyalarını səsləndiriblər.

Şahanə MÜŞFİQ

 





21.12.2018    çap et  çap et