525.Az

Kanadadan Çinə çağırış


 

Kanadadan Çinə çağırış<b style="color:red"></b>

Kanada XİN-i Çini saxlanılan kanadalıları dərhal azad etməyə çağırır.

Trend-in məlumatına görə, xarici işlər naziri Xristi Friland rəsmi Ottavanın iki Kanada vətəndaşının “qanunsuz həbsi”ndən dərindən narahatdır və onları dərhal azad etməyə çağırır.

Xatırladaq ki, keçən həftə Çində “Beynəlxalq krizis qrupu”nun əməkdaşı Maykl Kovriq və həmyerlisi, iş adamı olan Maykl Speyvor saxlanılıb. Onlar Çinin təhlükəsizliyinə təhdid olduqlarına görə ittiham olunurlar.

 





22.12.2018    çap et  çap et