525.Az

ABŞ hökuməti 22 dekabrdan işini qismən dayandırır


 

ABŞ hökuməti 22 dekabrdan işini qismən dayandırır<b style="color:red"></b>

ABŞ Senatı hökümətin müvəqqəti olaraq işinin 8 fevral 2019-cu ilə qədər uzadılması barədə qətnaməni qəbul etmədi.

Trend-in məlumatına görə, bu isə o deməkdir ki, ABŞ hökuməti 22 dekabrdan işini qismən dayandırır.

Müəyyən qurumlar şənbə günü öz işini müvəqqəti olaraq dayandıracaq.

Maliyyə ayrılmayan qurumlar arasında Dövlət Departamenti, Maliyyə Nazirliyi, Ticarət Nazirliyi və Daxili təhlükəsizlik Nazirliyi var.

 





22.12.2018    çap et  çap et