525.Az

Ukraynada Mehdi Hüseynzadənin 100 illiyi münasibətilə marka hazırlanıb


 

Ukraynada Mehdi Hüseynzadənin 100 illiyi münasibətilə marka hazırlanıb <b style="color:red"></b>

Ukraynada İkinci Dünya Müharibəsi dövründə antifaşist müqavimət hərəkatının görkəmli nümayəndəsi, Sovet İttifaqı Qəhrəmanı, Azərbaycan xalqının qəhrəman oğlu Mehdi Hüseynzadənin anadan olmasının 100 illiyi münasibətilə poçt markası hazırlanıb.

Azərbaycanın Ukraynadakı səfirliyindən verilən məlumata görə, səfirlik tərəfindən hazırlanan 2 növ poçt markasında Mehdi Hüseynzadənin təsviri yer alıb. Sayı 2000 ədəd olan poçt markaları artıq dövriyyəyə buraxılıb.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Mehdi Hüseynzadənin anadan olmasının 100 illik yubileyinin keçirilməsi ilə bağlı sərəncam imzalayıb.

 





22.12.2018    çap et  çap et