525.Az

"Boko Haram"ın başçısı Əbdülmalik həbs edildi


 

"Boko Haram"ın başçısı Əbdülmalik həbs edildi<b style="color:red"></b>

Nigeriya polisi "Boko Haram" radikal qruplaşmasının axtarışda olan başçısı Umar Əbdülmaliki həbs edib.

Trend-in məlumatına görə, 2015-ci ildə paytaxtda törədilmiş terror aktının təşkilində ittiham olunan terrorçi polis və xüsusi kəşfiyyat qrupunun birgə keçirdiyi əməliyyat çərçivəsində saxlanılıb.

U.Əbdülmalikin bankları soyduğu, qatil, partlayıcı qurğular üzrə mütəxəssis olduğu bildirilir.

Qeyd edək ki, 2015-ci ildə Abuca yaxınlığında törədilmiş terror aktlarında 15 nəfər ölmüş, 41 nəfər yaralanmışdı.

 





22.12.2018    çap et  çap et