525.Az

Təxminən 300 min qaçqın Türkiyədən Suriyaya qayıdıb


 

Təxminən 300 min qaçqın Türkiyədən Suriyaya qayıdıb<b style="color:red"></b>

Suriyaya "Fərat qalxanı" və "Zeytun budağı" əməliyyatlarından sonra Türkiyədən 300 minə yaxın qaçqın qayıdıb.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib.

Onun sözlərinə görə, keçmişdə Türkiyə miqrantların təyinat nöqtəsi olub, amma indi həmçinin onların tranzit nöqtəsinə çevrilib.

Nazir qeyd edib ki, 2018-ci ilin əvvəlindən Türkiyədə 251794 qeyri-leqal miqrant saxlanılıb. Bu isə ötən illə müqayisədə 56 faiz çoxdur:

"Hazırda Türkiyədə 4,5 milyon qaçqın var".

 





23.12.2018    çap et  çap et