525.Az

Gənc musiqiçilər Qara Qarayevin Ev-Muzeyində


 

Gənc musiqiçilər Qara Qarayevin Ev-Muzeyində <b style="color:red"></b>

G.Şaroyev adına 35 nömrəli onbirillik musiqi məktəbinin “Üzeyir davamçıları” məktəblilərin musiqi klubu və Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin məktəbliləri dahi Azərbaycan bəstəkarı Qara Qarayevin Ev-Muzeyində qonaq olublar.

Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova məktəbliləri salamlayaraq muzey və Qara Qarayev haqqında onlara geniş məlumat verib.

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbə kvartetinin ifasında Qara Qarayev musiqisinin sədaları altında məktəblilər muzey eksponatları ilə tanış olublar. Sonra məktəbin şagirdləri tərəfindən Qara Qarayevin əsərlərindən ibarət konsert proqramı təqdim olunub.

Sonda G.Şaroyev adına 35 nömrəli məktəbin direktoru, Əməkdar müəllim Yusif Vəliyev belə tədbirlərin şagirdlər üçün vacibliyini bildirib və Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin rəhbərliyinə təşəkkür edib.

 





23.12.2018    çap et  çap et