525.Az

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şura iclas keçirdi


 

ƏMƏK VƏ SOSİAL MÜDAFİƏ SAHƏSİNDƏ APARILAN İŞLƏRDƏ İCTİMAİ İŞTİRAKÇILIĞIN TƏMİN OLUNMASI MƏSƏLƏSİ MÜZAKİRƏ OLUNDU

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şura iclas keçirdi<b style="color:red"></b>

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşlarının iştirakı ilə nazirlik yanında İctimai Şuranın Vətəndaş cəmiyyəti institutları və beynəlxalq təşkilatlarla iş üzrə İşçi qrupunun iclası keçirilib.

Nazirlikdən verilən məlumata görə, iclasda əmək, məşğulluq, sosial müdafiə və sosial təminat, tibbi-sosial ekspertiza və reabilitasiya sahələrində aparılan işlərdə ictimai iştirakçılığın təmin olunması üçün aparılan işlər diqqətə çatdırılıb. Nazirliyin fəaliyyət sahələrində vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın daha səmərəli və geniş müstəvidə qurulması üçün müvafiq işlərin aparıldığı qeyd edilib. İdarəçilik və xidmət sahələrinin innovativ həllərin tətbiqi və şəffaf mexanizmlər əsasında təkmilləşdirilməsində, bu sahələrə güclü ictimai nəzarətin təmin edilməsində İctimai şurada təmsil olunan qeyri-hökümət təşkilatlarının (QHT) potensiallarından istifadəyə gələcəkdə də xüsusi önəm veriləcəyi bildirilib.

İctimai şuranın sədri, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu şuranın fəaliyyəti barədə məlumat verib. O, ictimai şuranın üzvlərinə nazirliyin fəaliyyət sahələri üzrə ictimai nəzarətin həyata keçirilməsində şəratin yaradıldığını, şura tərəfindən əmək, məşğulluq, sosial təminat, reabilitasiya və s. sahələrdə xidmətlərdə şəffaflığın təmin olunmasında yaxından dəstək göstərildiyini deyib.

Şuranın üzvləri Rauf Zeyni və Əliməmməd Nuriyevin təklifləri də müzakirə olunub.

C.ABASOV

 





23.12.2018    çap et  çap et