525.Az

ADPU-da elmi konfransa yekun vuruldu


 

ADPU-da elmi konfransa yekun vuruldu<b style="color:red"></b>

Təhsil Nazirliyinin dəstəyi Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Ukrayna Təhsil Menecerləri Universiteti və Başkir Dövlət Pedaqoji Universiteti ilə birgə keçirdiyi “İnnovasiya, təhsilin keyfiyyəti və inkişaf” IV Beynəlxalq elmi konfransın plenar iclası keçirilib.

Konfransda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müvafiq elmi-tədqiqat institutlarının, Təhsil İnstitutunun, Rusiyanın, Ukraynanın, İsveçin ali təhsil müəssisələrinin və elmi-tədqiqat mərkəzlərinin alim-mütəxəssisləri iştirak ediblər. Plenar iclasdan sonra konfrans öz işini 5 bölmədə davam etdirib. Dekabrın 21-də beynəlxalq elmi konfransın yekun iclası keçirilib.

İclası giriş sözü ilə açan Elm və innovasiyalar üzrə prorektor, professor Asəf Zamanov konfransın uğurla keçdiyini, həm plenar iclasda, həm də bölmə iclaslarında səmərəli elmi müzakirələrin aparıldığını vurğulayıb və ADPU-nun rəhbərliyi adından konfrans iştirakçılarına təşəkkür edərək onlara uğurlar arzulayıb.

İclasda çıxış edən bölmə rəhbərləri konfransın ADPU-nun böyük potensiala malik olduğunu ortaya qoyduğunu bildiriblər. Qeyd edilib ki, belə elmi konfranslar ADPU-nun professor-müəllim heyətini daha yaxşı fəaliyyət göstərməyə ruhlandırır və belə mötəbər elmi toplantıların davamlı keçirilməsi məqsədəuyğundur. Çıxış edənlər konfransın yüksək səviyyədə keçirilməsinə görə ADPU-nun rəhbərliyinə təşəkkür ediblər.

İclasda bölmə rəhbərlərinin hesabatları dinlənilib, ümumi müzakirələr aparılıb, təkliflər irəli sürülüb və müvafiq qərarlar qəbul edilib.

S.QARAYEVA

 





23.12.2018    çap et  çap et