525.Az

Səfir: "Gələn il münaqişənin nizamlanması yolunda daha əlverişli ab-hava yaradılacaq"


 

Səfir: "Gələn il münaqişənin nizamlanması yolunda daha əlverişli ab-hava yaradılacaq"<b style="color:red"></b>

2019-cu ildə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yolunda daha əlverişli ab-hava yaradılacaq.

Trend-in məlumatına görə, bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov Bakıda mətbuat konfransında deyib.

Diplomat bildirib ki, bunun əsası artıq cari ildə qoyulub, yüksək səviyyədə bir neçə görüş keçirilib:

"2019-cu ilin yanvar ayında da Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü gözlənilir".

O, Rusiyanın münaqişənin həllinə köməyi davam etdirməyə hazır olduğunu bildirib.

 





24.12.2018    çap et  çap et